Bakı metrosunda işıqlar söndü

Bakı metrosunda işıqlar söndü

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.
 

Aktual.az

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR