Bu gün Bakı metrosunun "Əhmədli" stansiyasında intihar hadisəsi olub.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, 10 dəqiqə əvvəl sosial şəbəkədə bir gəncin özünü qatarın altına atması ilə bağlı xəbərlər yayılıb. Qatarın hərəkəti dayandırılıb.
Bakı Metropoliteninin sözşüsü Nəsimi Paşayevin verdiyi məlumata görə, hal-hazırda həmin şəxsin qatarın altına özünü qəsdən atdığı, yaxud ehtiyatsızlıqdan yıxılması araşdırılır.
Həmin adamın ortayaşlı kişi olduğu, hələ platformaya çıxarılmadığı bildirilir.