Bakı metrosunda HADİSƏ: sərnişin relslərin üzərinə düşdü - FOTO

Bakı metrosunda HADİSƏ: sərnişin relslərin üzərinə düşdü - FOTO

Bakı metrosunun "Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.

Bu barədə "Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.

***
Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
"Report" xəbər verir ki, hazırda hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Zərərçəkmişin şəxsiyyəti hələ ki, məlum deyil. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR