Bakı metrosunda hadisə: maşinist son anda xilas edilib

Bakı metrosunda hadisə: maşinist son anda xilas edilib

Noyabrın 19-u, səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.


Aktual.az modern.az-a istinadən xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, maşinistin qolu qırılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov modern.az-a açıqlamasında faktı təsdiqləyib:

"Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək".

B.Məmmədov qeyd edib ki, maşinistin kabinəni dəyişmə səbəbi qatarın "Memar Əcəmi-2 " stansiyasından "Avtovağzal" stansiyasına gedib və qayıtmasıdır:

"Maşinist qatarı "Avtovağzal" stansiyasına sürmək üçün kabinəni tərk edib, digərinə gedərkən belə bir hadisə yaşanıb".

 
Aktual.az
Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR