Metronun "28 may” stansiyasında bir nəfər özünü qatarın altına atıb.
ONA-nın xəbərinə görə, hadisə saat 09.35-də baş verib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun ONA-ya verdiyi məlumata görə, ilkin məlumata əsasən, hadisə intihar məqsədilə törədilib: "Özünü qatarın altına atan 54 yaşlı Bakı sakini Asya Əmirovadır. O, xilas olunub. Hadisə "Həzi Aslanov”dan "28 may” istiqamətinə gələn qatarın hərəkəti zamanı baş verib. Nəticədə qatarların hərəkətində 10 dəqiqə fasilə yaranıb”.
Xəbər 392 dəfə oxunub.