Bakı Metropolitenindən "Qarabağ" azarkeşlərinə jest

Bakı Metropolitenindən

Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliten"i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Qarabağ" klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.

Nəsimi Paşayev ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla biləcəyini qeyd edib.

Qeyd edək ki, noyabrın 26-da, saat 22:00-da Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək. "Qarabağ"ın rəqibi Londonun "Totenhem" klubudur.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR