Bakı Metropolitenində ölən şəxsin kimliyi açıqlandı

Bakı Metropolitenində ölən şəxsin kimliyi açıqlandı

Bakı metrosunun "İçərişəhər" stansiyasında ölüm hadisəsi qeydə alınıb.

Faktı Aktual.az-a təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib.

Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın "İçərişəhər" stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib: "Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib".

Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.

Aktual.az

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR