Səhər saatlarından başlayaraq Bakı Metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib, sərnişinlərin ciddi şəkildə yoxlanılmasına start verilib.
Bütün sərnişinlərin yoxlanılması stansiyalarda basa-basa səbəb olub.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, metrolarda aparılan yoxlamalar hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərinin gücləndirməsiylə bağlı tədbirlər planı ilə əlaqədardır: “Yoxlamalar çox yaxşı bir haldır. Ölkədəki vəziyyət göz qarşısındadır. Ona görə də ehtiyat tədbirləri görülür. Bütün yoxlamalar təxribatların və baş verə biləcək hər hansı neqativ halların qarşısını almaq üçündür”.