Bakı məlumat verdi, yoxlayırıq - Lavrov

Bakı məlumat verdi, yoxlayırıq - Lavrov

Laçın dəhlizi 9 (10) noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Təbii olaraq orada şərt qoyulub ki, bu dəhlizlə, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat təqdim etdilər ki, erməni tərəfi bu dəhliz boyu minalar daşıyıb və bu minalardan üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə olunub. İndi bizim hərbçilər bunu yoxlayır. Çoxlu qarşılıqlı ittihamlar var. Rusiya sülhməramlı kontingenti bu hərəkətə nəzarət etmək üçün üçtərəfli razılaşma əsasında səlahiyyətlləndirilib. Kontingentin bütün nəqliyyat vasitələrini qadağan olunmuş qeyri-humanitar, mülki olmayan malların olmaması üçün yoxlamağa hər cür imkan var”, - Lavrov bildirib.
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR