Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınıb.
“Report” Bakının Xətai rayonu 287 saylı “Zəkalar” liseyi, 95 saylı, 138 saylı, 261 saylı, 17 saylı məktəblərdə keçirilən “Son zəng” tədbirlərindən hazırladığı fotoreportajı təqdim edir.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbirlərinin keçirilməsi barədə imzaladığı əmrə əsasən, tədbir bu gün yalnız təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.
Ötən günlərdə ölkənin bəzi məktəblərində “Son zəng” tədbiri artıq olub.
Bu il ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirir.