Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.
Aktual.az xəbər verir ki, 136 nömrəli tam orta məktəbdən Oxu.az-a 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlandığı bildirilib.
"Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib.
X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb.
Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub”.
Xəbər 606 dəfə oxunub.