"Bakı Marafonu 2017”nin növbəti təlim-məşqi keçirilib


"Bakı Marafonu 2017”nin növbəti təlim-məşqi keçirilib. 

"Report"un layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 4-də "Port Baku”da yerləşən "Go Sport” idman malları mağazasında baş tutan məşqdə "Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədov qapalı məkanda qaçışdan əvvəl və sonra ayaq, qol və sinə əzələlərini möhkəmləndirməkdən ötrü marafon iştirakçılarının edə biləcəkləri bir sıra qüvvətləndirici hərəkətlər göstərib.

Ertəsi gün isə N.Əsədov marafon iştirakçılarını açıq hava məşqləri üçün Heydər Əliyev Mərkəzinin önündə toplayıb. Təlimə qatılan iştirakçılar "Bakı Marafonu 2017”nin ən çətin marşrutunu birlikdə sınaqdan keçiriblər.

Hər kəs üçün açıq olan təlimin keçirilməsində məqsəd "Bakı Marafonu 2017”də iştirak edəcək marafonçuların fiziki və psixoloji hazırlığını artırmaq, onların daha uğurlu nəticələr əldə etmələri üçün şərait yaratmaq və iştirakçılara dəstək olmaqdır.

N.Əsədov hər həftənin şənbə və bazar günləri bütün marafon iştirakçılarına pulsuz təlim-məşqlər keçirir. Qapalı məkan üçün nəzərdə tutulan məşqlər "Gənclik Mall” ticarət mərkəzində yerləşən "Go Sport” idman malları mağazasında baş tutur. Dənizkənarı bulvarda isə hər həftənin bazar günü açıq hava məşqləri təşkil olunur.

Marafonun rəsmi "feysbuk" (https://www.facebook.com/bakumarathon) və "instagram” (https://www.instagram.com/bakumarathon/ ) səhifəsində onlayn formada marafona hazırlığa start verilib. İdmançıların qidalanması, məşq cədvəli, marafona psixoloji hazırlıqları, tibbi məsləhətlər gündəlik olaraq sosial şəbəkədə yerləşdirilir.

Qeyd edək ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan "Bakı Marafonu 2017” 30 aprel saat 10:00-da start götürəcək. "Küləyə qalib gəl” şüarı altında ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə "Sport Marketing Group” (SMG) şirkəti həyata keçirəcək.

 



Xəbər 888 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR