Bakı-London aviareysində hadisə: bələdçilər saxlanıldı

Bakı-London aviareysində hadisə: bələdçilər saxlanıldı

Bakıdan-London aviareysində spirtli içi qəbul edən şəxsə olub. Lakin onun şikayəti ilə təyyarə bələdçiləri polis tərəfindən saxlanılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə etmiş və buna aviareysin digər sərnişinləri də şahid olub.
Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
 
Aktual.az
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR