Bərdə rayonunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Aktual.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Bakı küçəsində baş verib.
“Qazel” markalı yük avtomobili yolu keçmək istəyən qadını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. 40-45 yaşlarında qadının şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Aktual.az