Bakı klubu baş məşqçisi ilə vidalaşdı

Bakı klubu baş məşqçisi ilə vidalaşdı

"Sabah” baş məşqçi postunda dəyişiklik edib. 

HİT.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu çalışdırıcısı Visente Qomeslə yollarını ayırıb.

Ötən ilin yayında ispaniyalını gətirən klub rəhbərliyi ardıcıl uğursuzluqların sonunda, nəhayət ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qomes gələn ilin yayına qədər olan sözləşməsinin ləğvinə razılıq verib.

"Sabah”da baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR