Bakı-İstanbul hava əlaqəsi bərpa edildi

Bakı-İstanbul hava əlaqəsi bərpa edildi

Bakı İstanbulla hava əlaqəsini bərpa edib.

Bu barədə Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Hava limanından qeyd ediblər ki, AZAL artıq yerli vaxtla saat 08:45-də İstanbul aeroportuna uçuş həyata keçirib.

Qeyd edək ki, daha öncə İstanbul hava limanındakı son terror hadisəsi ilə əlaqədar Bakıdan İstanbula 2 reys təxirə salınmışdı.

İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

***

Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçuş səhər saatlarınadək təxirə salınıb.

Aktual.az  report-a istinadən bildirir ki, 100-dən çox insan İstanbula və oradan başqa ölkələrə uça bilməyib.

Onların arasında idmançılar çoxluq təşkil edir. Xüsusən, "Kəpəz"lə Avropa Liqası matçından qayıdan Moldovanın "Daçiya" komandası, Avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər, Bakıdakı atıcılıq üzrə Dünya Kubokundan qayıdan Fransa yığmasının üzvləri və Malta "Baltsan"ı ilə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununa yollanan "Neftçi" klubunun nümayəndələri və jurnalistləri qeyd etmək olar.

Atatürk Hava Limanındakı hadisə zamanı idman ictimaiyyətinin nümayəndələri də orada olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, "Qəbələ" Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı, "CBC Sport"un rəhbəri Volkan Üst, "Bakı"nın sabiq vitse-prezidenti Tunc Afşar və digərləri özlərini təhlükəsizlik şəraitində hiss etdiklərini bildiriblər.

Qeyd edək ki, Bakı - İstanbul reysi ilə uçuş 02:30-a nəzərdə tutulmuşdu.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR