​Bakı-İstanbul aviareysi təxirə salındı

​Bakı-İstanbul aviareysi təxirə salındı

"Türk Hava Yolları" (THY) aviaşirkətinin bu gün saat 14:35-də yerinə yetirilməli olan Bakı-İstanbul mütəmadi reysi təxirə salınıb.

Aktual.az Report-a istinadən bildirir ki, THY-nin Bakı ofisindən verilən xəbərə görə, yanvarın 13-də TK333 reysinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən güclü küləkdir: "İstanbulun Atatürk hava limanı firtına gücündə olması ehtimal edilən güclü cənub-şərq küləyi proqnozu səbəbindən şirkət bu istiqamət üzrə uçuşu təxirə salmalı olub. Bakıdan İstanbula "B737-400" tipli təyyarə ilə yola düşməsi nəzərdə tutulan reys saat 17:50-də İstanbula çatmalı idi. Lakin hava şəraiti ilə əlaqədar olaraq həyata keçirilməli olduğumuz reysi təxirə salmalı olduq".

Şirkətdən bildirilib ki, sözügedən istiqamət üzrə təxirə salınmış aviareysə bilet alan şərnişinlər üçün hələ ki heç bir alternativ variant təklif edilməyib.
Bu marşrut üzrə şirkət həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir.

"Azərbaycan Hava Yolları" QSC-dən "Report"a şirkətin bu istiqamətdə olan reyslərinin təxirə salınmadığını deyiblər: "Bu günə nəzərdə tutulan bütün reyslərimiz cədvələ uyğun olaraq yola salınıb. Uçuşların təxirə salınması üçün ciddi problem yoxdur".

AZAL Bakı-İstanbul marşrutu ilə həftənin bütün günləri (gündə 5 reys olmaqla) uçuşlar həyata keçirir.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR