Bakı İsraildən Qarabağ hadisələrinə dair bəyanat gözləyir - Əli Həsənov

Bakı İsraildən Qarabağ hadisələrinə dair bəyanat gözləyir   - Əli Həsənov

“Biz İsraili strateji tərəfdaş kimi görürük”.

Azərbaycan İsraildən Dağlıq Qarabağda baş verən son hadisələrə dair bəyanat gözləyir. Belə ki, İsrail Ermənistanı atəşi dayandırmağa və danışıqlara başlamağa çağıra bilər.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-syasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Jerusalem Post”a verdiyi müsahibəsində bildirib.

“Biz İsrailə strateji müttəfiq kimi baxırıq və ondan şərh gözləyirik”, - Əli Həsənov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaşı olan İsraildən Ermənistanın hərbi təxribatı ilə əlaqədar son hadisələrə münasibətini bildirməyi istəyir.

Əli Həsənov qeyd edib ki, İsrailin ABŞ, Rusiya və Fransa ilə münasibətləri yaxşıdır və İsrail onları Ermənistanı münaqişə üzrə danışıqlara cəlb etməyə çağıra bilər.

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR