Bakı İrəvanla Tiflisdə görüşməlidir – Klaar

Bakı İrəvanla Tiflisdə görüşməlidir – Klaar

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair görüşlər Tiflisdə keçirilməlidir. Çünki Gürcüstan coğrafi baxımdan bunun üçün çox əlverişli yerdir.
Aktual.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Tiflis (Ermənistan və Azərbaycan – red.) XİN rəhbərlərinin görüşünün keçirildiyi yer idi və yenə də həm liderlərin görüşləri üçün, həm də başqa format çərçivəsində belə bir yerə çevrilə bilər. Gürcüstan bu görüşlər üçün coğrafi baxımdan çox əlverişlidir, qonşu ölkələrdən bura tez və asanlıqla gələ bilərsiniz”,- o bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda yerləşən üç ölkənin əməkdaşlıq sahəsi tapmağa çalışması məntiqlidir:
"Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü olması vacibdir”.
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR