Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan

Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Əminəm ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq", - o vurğulayıb.
Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.
N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80 %-ni razılaşdıra biliblər:
"Biz Azərbaycanı sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və yaxın vaxtlarda müzakirələri davam etdirməyi təklif etdik”.
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR