Bakı-Gəncə aviareysinin gündəlik həyata keçirilməsi təklif olunur

Bakı-Gəncə aviareysinin gündəlik həyata keçirilməsi təklif olunur

Gəncə-Bakı marşrutu ilə aviareyslərin hər gün həyata keçirilməsi təmin edilməlidir.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Gəncə-Bakı aviareysi bir qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin insanları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm", - deyə millət vəkili qeyd edib.

Qeyd olunur ki, hazırda bu marşrutla aviareyslər həftədə üç dəfə (I, V və VII günlər) yerinə yetirilir.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR