"Azərbaycan Hava Yolları” (AZAL) QSC yanvarın 9-dan etibarən Bakı-Gəncə aviareysi ilə uçuşları dayandırıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
AZAL-dan reysin bağlanmasını onun iqtisadi nəzərdən qeyri-effektivliyi ilə izah ediblər.
Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi. (trend)
Aktual.az
Xəbər 353 dəfə oxunub.