Red Bull Racing komandasının pilotu mübarizəni dayandırıb. Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib.
"Report"un məlumatına görə, hadisə trekin 15-ci döngəsində yaşanıb.
"Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını doğru yerinə yetirməyib. Nəticədə bolidin arxa və ön sağ təkərləri sıradan çıxıb.
Qəzada xəsarət almayan pilot mübarizəni dayandırıb.