"Bakı" filminə görə Bakının bəzi yolları bağlanacaq


Aktual.az Milli.Az-a istinadən  xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb.

Bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR