Pul yoxdur.
Bakıda bu ilin yayında keçirilməsi planlaşdırılan Yelkənli idman üzrə dünya çempionatı başqa ölkədə keçiriləcək.
Aktual.az azerisport.com-a istinadən xəbər verir ki, Azərbaycan Yelkənli İdman Federasiyası maliyyə üzündən dünya çempionatının keçirilməsindən imtina edib.
Xatırladaq ki, DÇ keçirilməsi haqqında qərar keçən il Bakıda Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdi.
Qeyd edək ki, bu idman növü Olimpiya idman növüdür və bu idman növü üzrə 1970-ci ildən dünya çempionatları keçirilir.