Azərbaycan və Özbəkistan əməkdaşlıq üçün 20 yeni istiqamət müəyyən edib.
Aktual.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Ş.Mirziyayev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın birinci iclası baş tutub:
"Bu, müttəfiqlik münasibətlərimizin dərinləşməsi ilə bağlı yeni təkliflərin hazırlanması və həyata keçirilməsi üçün səmərəli mexanizmdir".
"Azərbaycanda ilk görüşümüzdə əməkdaşlığımızın 10 istiqaməti müəyyən olundu. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələrin heç biri kağız üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik”, - o vurğulayıb.
Özbəkistan Prezidenti bildirib ki, ümumilikdə danışıqlar ənənəvi olaraq açıq və konstruktiv şəraitdə keçib:
"Hesab edirəm ki, görüşümüzün uğurunun sübutu da budur”.
Xəbər 485 dəfə oxunub.