Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçiriləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazilriyindən daxil olan məlumata görə, festival 25 oktyabr-3 noyabr tarixlərində baş tutacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaq.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli musiqiçilərin “Diana Krall”, “Four Play”, “Charles Lloyd”, “Ntjam Rosie” qrupunun və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda Azərbaycanın tanınmış caz ifaçıları – Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab və Elçin Şirinov festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.