Bakı-Ceyhanla nəql edilən neftin həcmi açıqlandı

Bakı-Ceyhanla nəql edilən neftin həcmi açıqlandı

Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,32 faiz azalaraq 22 milyon 771 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən Aktual.az-a bildirilib ki, nəqletmənin 75,4 faizi Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmərlə neft nəqli 2,54 faiz azalaraq 17 milyon 167 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3 faizini və ya 13952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 faizini və ya 3214,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xəbər 708 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR