"Bakı Bus" avtobuslarında kondisionerlər erkən qoşuldu


Bakı Bus MMC-yə məxsus avtobuslarda artıq yay mövsümünə keçid edilib.
Aktual.az xəbər verir ki, bu gündən avtobuslarda kondisionerlər qoşulub.
Məsələ ilə bağlı açıqlama verən qurumun mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
"Reqlamentə əsasən, avtobuslarımızda kondisionerlər iyun ayının 15-dən qoşulur. Amma havaların isti keçməsi ilə əlaqədar sərnişinlərimizin rahatlığını nəzərə alaraq, artıq bu gündən kondisionerlər işlək vəziyyətə gətirilib", - deyə Ə.Əliyeva qeyd edib.
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR