Bakı bağlarında kirayə haqları 2 dəfə BAHALAŞIB

Bakı bağlarında kirayə haqları 2 dəfə   BAHALAŞIB

“Daşınmaz əmlak bazarın əvvəllər olduğu kimi yenə də asılmış vəziyyətdə qalmaqda davam edir. Ciddi qiymət azalması üçün şərait və əsas olsa da bu baş vermir”. Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.
O deyib ki, yalnız dövrü olaraq cüzi qiymət azalmaları müşahidə etmək olur:
“Qiymət artımı üçün də heç bir əsas yoxdur. Buna görə də əmlak bazarında qiymətlər nə qalxır, nədə düşmək istəyir”.
Ekspert qeyd edib ki, hazırda bazarda yay mövsümünün təsirləri hiss edilməkdədir:
“Ənənəvi olaraq bu vaxtlar ancaq bağ evlərinin qiymətində müsbət dəyişiklik olur. Bununla yanaşı yay mövsümündə bağ evləri üzrə kirayə haqları qış aylarına nisbətdə ən azı 2 dəfə qalxır. Çünki qışda bağ evinə ümumiyyətlə, ehtiyac duyulmur. Bir çox hallarda qış həyatı üçün əlverişli sayılmır.
Bundan başqa kiçik torpaq sahələri bazarı üzrə də nisbətən aktivlik müşahidə edilir.
Bu yay hiss olunan ancaq bağ evlərinin kirayə haqlarının qalxması oldu ki, bu da tam məntiqlidir. Tələbat artırsa, deməli qiymətlərdə də artım baş verir. Digər seqmentlərdə isə hər zaman aktivlik çox aşağı düşür və bu il də belədir”.
R.Əliyev bildirib ki, əmlak bazarında aktivlik və likvidlik aşağı olduğundan qiymət dinamikasını açıq görmək olmur:
“Bazar məlumatları çox qarışıqdı və aşağı likvidlik dövründə bu da normal haldır. Hazırda əmlak bazarındakı vəziyyət tam olaraq makroiqtisadi şəraitin təsiri altındadır. Bazara həmişə texniki dəstək göstərən dövlət ipoteka proqramı üzrə kreditlərin dayandırılması bazara əlavə olaraq mənfi təsir göstərir. Eyni zamanda alverçilərdə də bazara maraq azdır”. (Modern.az)
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR