Bakı şəhəri atmosfer havasının çirklənməsinə görə ölkə üzrə birinci yerdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, normal halda atmosferdə dəm qazı 5, toz 0,5, his isə 0,15 olmalıdır.
Paytaxtda isə hava həddindən artıq tozlanmış vəziyyətdədir. Belə ki, Bakıda atmosferdə dəm qazı 2,9-3,4, toz 0,4-0,9 mq/m3-dür. Sumqayıtda Bakıya nisbətən atmosfer havası az çirklənib. Azərbaycanın üçüncü ən böyük şəhəri Sumqayıtda havanın tozlanma miqdarı 0,3-0,8 mq/m3-dür. Dəm qazının miqdarı isə 1,1-1,6 mq/m3-dür. Gəncə şəhərində də havadakı toz miqdarı normadan artıqdır. Atmosfer havasındakı tozlanma normadan 0,3 mq/m3 çoxdur.
Bölgə üzrə radiasiyanın vəziyyəti də normadan artıqdır. Bakı-Abşeron yarmadasında radiasiya üzrə fon səviyyəsi 8-13, faktiki radiasiya isə 9-dur.
Naxçıvan Respublikasında 13, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Ağfam-Füzuli, Mərkəzi Aran zonasında 11, Zaqatala-Şəki, Şamaxı-Quba bölgəsində 12, Lənkəran-Astara bölgəsində isə 9 mkr/saatdır.