Bakıda inşa edilən otel dünyanın gələcək qeyri-adi doqquz oteli siyahısındadır.
Xəzər dənizi üzərində aypara şəklində ucalan otel Azərbaycan paytaxtının yeni memarlıq nümunələrindən olacaq.
Aktual.az xəbər verir ki, “Crescent” oteli dünyanın gələcək qeyri-adi doqquz oteli siyahısında yer alıb.
Layihəsi Cənubi Koreyanın “Heerim Architects & Planners” memarlıq firması tərəfindən hazırlanan 33 mərtəbəli “Crescent” oteli sahəsi 450,000 kv.m olan iri göydələn kompleksi “Crescent Bay”ın mərkəzi olacaq.
Bakıda kompleksin açılışı 2016-cı ilin sonuna planlaşdırılır.
Süni adada yerləşən oteli quruda yerləşən ticarət və əyləncə mərkəzləri (“Crescent City” və “Crescent Place”) ilə körpü birləşdirəcək.








