Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Bakı Beynəlxalq Avtovağzalı dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “APA-Economics”ə verilən məlumata görə, paytaxt avtovağzalından dekabrın 31-dən yanvarın 4-dək müxtəlif tutumlu avtobuslar vasitəsilə ümumilikdə 1 680 reyslə 42 849 sərnişin daşınıb.
Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Belə ki, 30 dekabr tarixində 674 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.
Qeyd edək ki, bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev açıqlaması zamanı ötən illərlə müqayisədə bu il sərnişinlərin az olduğunu qeyd edib.