"Azərbaycan tərəfi Avropa İttifaqı ilə hər iki tərəf üçün faydalı əsaslarla dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır".
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şuranın 1078 saylı iclasında Arif Yunusun işi ilə bağlı bəyanatlara cavabında deyilir.
Bəyanatda qeyd edilir ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi humanitar əsaslarla Arif Yunusun işinə dəyişiklik edib.
Xatırladaq ki, A. Yunus noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılıb. Onun haqqında həbs - qəti imkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.