Sərəncam imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Ramella Allahverdiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az “Report”-a istinadən xəbər verir ki, sərəncamla Ramella Allahverdi qızı Allahverdiyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.
Qeyd edək ki, R.Allahverdiyeva 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.
Sonradan məhkəmənin adı dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsi olub. R.Allahverdiyeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Onun səlahiyyət müddətinin bitməsinə az vaxt qalmışdı.