Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil dayanacağında taksi sürücülərinin avtomobillərini düzgün park etməməsi, yolun hərəkət hissəsində saxlaması süni sıxlığın və tıxacın yaranmasına səbəb olur.
Aktual.az "Report"a istinadən xəbər verir ki, hava limanına gələn və orada fəaliyyət göstərən taksi sürücüləri münasib olmayan yerlərdə avtomobillərini saxlayırlar. Bu isə hava limanının dayanacağında maşın izdihamına və tıxaca səbəb olur. Bir-birinin ardınca nizamsız düzülən maşınlar əsas yolu da zəbt edir. Nəticədə, yol daralır, sıxlıq yaranır və avtomobil dayanacağına digər avtomobillərin və sərnişinlərin girişinə maneə yaranır.
Belə olan hal isə istər sürücülər, istərsə də piyadaların narazılığına səbəb olur.