Bakıda içində külli miqdarda pul olan çanta oğurlanıb.
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, oğurluq hadisəsi martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qeydə alınıb. Oğurlanan çanta Bakı sakininə məxsus olub.
İçərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayevdir.
O, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Aktual.az
Xəbər 346 dəfə oxunub.