"1 saat 45 dəqiqədən çoxdur ki, AZAL-ın sistemi işləmir. Millət baqajını gözləyir. Bir o qədər də adam uçub getməyi. Nə bir bilgiləndirmə var, nə də uşaqlı-qadınlı əziyyət çəkən insanlara yardım edən".
Aktual.az xəbər verir ki, bu sözləri hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan jurnalist Aqil Ələsgər deyib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məsələ ilə bağlı məlumat yayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.
Bildirilib ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.
Qeyd edilib ki, Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.
Xəbər 1104 dəfə oxunub.