Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, idmançımız yarımfinal uğrunda mübarizədə İran təmsilçisi Mehdi Zeidvand ilə qarşılaşıb.
Güləşçimiz ilk mübarizəsini 6:0 hesabı ilə qazanaraq növbəti mərhələyə keçib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Xəbər 651 dəfə oxunub.