Bakı-2017: Azərbaycanın 3 üzgüçüsü yarımfinala yüksəldi

Bakı-2017: Azərbaycanın 3 üzgüçüsü yarımfinala yüksəldi

Azərbaycan üzgüçüləri Boris Kirillov və Nikolay Trarov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında yarımfinala yüksəliblər.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, təsnifat mərhələsində B.Kirillovun nəticəsi 24.19, N.Trarovun nəticəsi isə 25.48 saniyə olub.

Yarımfinala İndoneziya, Türkiyə, İordaniya, Mərakeş, İran, Əlcəzair, Seneqal, Səudiyyə Ərəbistanı, Pakistan və Qayana idmançıları da vəsiqə qazanıblar.

Daha bir təmsilçimiz Dmitri Saley isə 100 m məsafəyə brass üsulu ilə üzmədə yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
Aktual.az
Xəbər 695 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR