Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.
Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar.
Öz növbəsində, İslamiadada artıq iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib.
Daha bir təmsilçimiz Boris Kirillov isə 50 m arxa üstə üzmə yarışında yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az
Xəbər 505 dəfə oxunub.