"Bakı 2015"də velosiped yarışının mükafatçıları Müəyyənləşib


"Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şose növü üzrə qadınların mübarizəsinə yekun vurulub. "Report"un məlumatına görə, 106,8 km-lik yürüşdə finişə Hollandiyanın 2 təmsilçisi ilk 3-lükdə çatıb.
Ellen van Diyk 2 saat 58,23 saniyə nəticə ilə qızıl, Anna van der Breggen 2 saat 58,23 saniyə göstərici ilə bürünc medal qazanıb. Gümüş medala isə finişə 2 saat 58,23 saniyəyə çatan polşalı Katarjina Nivyadoma sahib çıxıb. 

Azərbaycan təmsilçilərinə gəldikdə, Alyona Pavluxina 3 saat 1,53 saniyə nəticə ilə 23-cü yeri tutub. Ülfət Nəzərli isə yürüşü yarımçıq tərk edən 16 velosipedçidən biri olub.  

***

12:05
"Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şose növü üzrə qadınların mübarizəsinə start verilib. "Report"un məlumatına görə, 67 idmançının iştirak edəcəyi yarışda Azərbaycanı 2 velosipedçi təmsil edəcək.  

Bunlar Ülfət Nəzərli ilə Alyona Pavluxinadır.
Yürüşün start və finişi Hökumət evinin qarşısında olacaq. İdmançılar şəhərin mərkəzi küçələri ilə hərəkət edəcəklər.

Aktual.az

Xəbər 920 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR