“Bakı-2015”-in məşəli qədim Gəncədə alovlandırıldı

“Bakı-2015”-in məşəli qədim Gəncədə   alovlandırıldı

Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxıblar. 

Mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib. Sonra 10 idmançı məşəl yürüşünə çıxdı. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.

Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.(AZADİNFORM)

Aktual.az

Xəbər 1012 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR