Bakı "20 Yanvar"a hazırlaşır - FOTOLAR

Bakı

20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında aparılan hazırıq işləri yekunlaşmaq üzrədir.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən faciənin anım günü ilə əlaqədar qərənfillərdən ibarət kompozisiya hazırlanıb.

Şəhidlər Xiyabanının girişi, pilləkənlərə ağ və qırmızı qərənfillər düzülüb. Əraziyə təcili tibbi yardım maşını gətirilib.

Bu gündən başlayaraq müəllim və şagirdlər, paytaxt sakinləri şəhidlərin ruhunu yad etmək Şəhidlər Xiyabanını ziyarət etməyə başlayıblar

Dövlət Yol Polisi hazırlıq işlərinə və ziyarət edənlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə iş aparır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədov bildirib ki, hüzün günündə polis gücləndirilmiş iş rejimində çalışacaq.

DYP rəsmisi qeyd edib ki, yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı şəhər Dövlət Yol Polisi gücləndirilmiş iş rejimi ilə çalışacaq. Eyni zamanda Şəhidlər Xiyabanı, Parlament prospekti istiqamətində avtomobillərin hərəkəti ilə bağlı istiqamət dəyişəcək.

20 yanvar günü səhər saat 08:00-dan ziyarət iştirakçılarının hərəkəti tam başa çatanadək parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

“Qeyd edilən istiqamətlər üzrə paytaxtın mərkəzi küçələrindən - Mehdi Hüseyn küçəsi 1, Teleteatr 1 ünvanı yanından, həmçinin İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Parlament prospekti, Mikayıl Müşfiq dairəsi, Mətbuat prospekti, eyni zamanda Mikayıl Müşfiq küçələrindən qeyd edilən istiqamətlər üzrə hərəkətə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Avtomobil sahiblərindən və sürücülərdən xahiş edirik ki, qeyd edilən gün ərzində və ziyarətə qoşulmaq istəyənlər şəxsi avtomobillərlə deyil, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Yol polisi əraziyə nəzarəti təmin edir”-deyə V.Əsədov vurğulayıb.

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR