Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində yoxlamalar aparılır

Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində yoxlamalar aparılır


Aktual.az-ın əldə etdiyi məlumata görə, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində yoxlamalar Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət baş idarəsi, Məhkəmə-hüquq şurası və Prezident Administrasiyasının Hüquq-mühafizə şöbəsi ilə birgə həyata keçirilir.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində sonuncu dəfə sözügedən qurumlar tərəfindən fevral ayında təftiş aparılıb. Sonuncu dəfə fevral ayında yekunlaşan yoxlamalara 3 ay sonra yenidən start verilməsi məsələnin kifayət qədər ciddi olduğundan xəbər verir.

Əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, bu gün şənbə günü olmasına baxmayaraq, aparılan yoxlamalar səbəbi ilə məhkəmə əməkdaşlarına işə çıxmaq tapşırığı verilib.

Məsələ ilə əlaqədar Aktual.az-ın əməkdaşı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində olub. Sözügedən qurumların məhkəmədəki təftişi ilə bağlı əməkdaşımıza ətraflı məlumat verilməsə də, məlumatın həqiqətə uyğun olduğu bildirilib. “İndi yoxlama var, ona görə inanmıram ki, Sizi bu dəqiqə kimsə qəbul etsin” - deyə məhkəmə işçisi müxbirimizə deyib.


Əməkdaşımız jurnalist olduğunu və məhkəmə heyəti ilə görüşmək istədiyini 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin mühafizə xidmətinin əməkdaşının nəzərinə çatdırdıqda isə o,“Bu gün görüş mümkünsüzdür. Şənbə günü iş olmur. Siz yalnız birinci gün gələ bilərsiniz”- cavabını alıb.

İlqar/ Aktual.az

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR