“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında

“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “World Communication Awards” (Ümumdünya Kommunikasiya Mükafatı) adlı mötəbər mükafatda “İlin texniki direktoru” kateqoriyası üzrə 7 finalçı arasında şirkətinin baş texniki direktoru Yiğit Berktaşın adının yer alması ilə qürur duyur.

Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, “Total Telecom” təşkilatı tərəfindən təşkil olunan “World Communication Awards” dünya telekommunikasiya sahəsində təşkil olunan ən nüfuzlu mükafatlardan biridir. Telekommunikasiya sahəsinin təntənəli tədbirlərindən olan təqdimetmə mərasimində şirkətlər tərəfindən müvafiq sahədə innovasiyaların tətbiqi, əldə edilən nailiyyətlər və yüksək fəaliyyət nəticələri qiymətləndirilir və dünyaya tanıdılır.

Mükafat qalibinin adı dekabrın 1-də İngiltərənin London şəhərində yerləşən Uembli stadionunda keçiriləcək və telekommunikasiya sənayesində çalışan 5000-dən artıq rəhbər işçinin iştirak etdiyi təntənəli şam yeməyində açıqlanacaq.

Son bir neçə il ərzində "Bakcell" şirkəti öz şəbəkəsinin inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Şirkətin Müştəri Təcrübəsinin İdarə Edilməsi sistemi qoyulan investisiyaları düzgün planlaşdırmaq və müştəri məmnuniyyətinin artırılması istiqamətində prioritet sahələri müəyyən etmək üçün əsas alət kimi xidmət edir. Bu platforma vasitəsilə xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş önləyici tədbirlər görmək imkanına malik olan "Bakcell" şirkəti daha yüksək keyfiyyətli xidmətlərin göstərir və planlaşdırılmış marketinq kampaniyalarının həyata keçirir. Data trafikinin idarə edilməsi sisteminə qoyulan investisiya müştəriyönümlü, həqiqətən fərdiləşdirilmiş data məhsulları, yeni tariflər və innovativ xidmətlər təqdim etmək üçün geniş imkanlar yaradır. Bu, "Bakcell" şirkətinin gələcəyinə və sabahın informasiya xidmətlərinə qoyulan bir sərmayədir. Bu və başqa layihələr "Bakcell" şirkətini Azərbaycanın telekommunikasiya sahəsində texnologiya liderinə çevirir.

Finalçılar və mükafatlar haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: http://www.totaltele.com/view.aspx?C=0HYPERLINK "http://www.totaltele.com/view.aspx?C=0&ID=491755"&HYPERLINK "http://www.totaltele.com/view.aspx?C=0&ID=491755"ID=491755

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR