Bakcell ekoloji aksiyaya təşkilatçılıq edib

Bakcell ekoloji aksiyaya təşkilatçılıq edib

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Aktual.az  xəbər verir ki, aksiyada 500-dən artıq insan iştirak edib. Tədbirin təşkilatçıları qismində "Bakcell" mobil rabitə operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi çıxış edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib.

“Artıq bir neçə ildir ki, “Bakcell şirkəti Sahilyanı Təmizlik aksiyasında iştirak edir. Korporativ sosial məsuliyyətli şirkət olaraq “Bakcell” bu hərəkata qoşulan ilk mobil rabitə operatoru kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini vermiş olur. Bu illər ərzində biz gənclər arasında tədbirə marağın artdığını müşahidə edirik. Hər il daha çox gənc könüllü bizə qoşulur. İstəyirik ki, bütün sosial və ekoloji sahələrdə könüllülük etmək istəyən insanların sayı artsın. Eyni zamanda, insanlar ərtaf mühitə daha diqqətlə yanaşsın, onu təmiz saxlamağa çalışsın. “Bakcell” şirkəti böyük məmnuniyyətlə gələcəkdə də analoji aksiyalarda iştirak edəcək“, - deyə “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR