"Bakcell" MMC abunəçilərinə xəbərdarlıq edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, şirkət abunəçilərinin nəzərinə çatdırır ki, 08.11.2016-cı il tarixindən etibarən "Cin" tariflərində mövcud olan "Pulköçürmə" xidməti üçün qiymətlər (xidmət haqqı) aşağıdakı kimi müəyyən edilir:
- Ay ərzində ilk 5 pul göndərişi zamanı hər bir göndəriş üçün abunəçilərdən 0.03 manat məbləğində xidmət haqqı tutulacaq;
- Ay ərzində altıncı pul göndərişindən etibarən hər bir göndəriş üçün abunəçidən 0.10 manat məbləğində xidmət haqqı tutulacaq.
Aktual.az
Xəbər 521 dəfə oxunub.