Bakcell abunəçiləri yol hərəkəti qaydalarını pozduqda SMS alacaqlar

Bakcell abunəçiləri yol hərəkəti qaydalarını pozduqda SMS alacaqlar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə SMSRadar xidmətini təqdim edir.

Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cərimə haqqında ətraflı məlumat qeyd olunan SMS alacaqlar. 

SMSRadar adlı bu innovativ xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. 

“Abunəçilərimizin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verdiyimiz bu xidmət avtomobil idarə edənlər üçün çox faydalı olacaq. Hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə və yol hərəkətinin bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olnandan sonra göndərilir.

Xidmət barədə daha ətraflı məlumatı www.smsradar.az saytından və ya *1771 nömrəsinə zəng etməklə əldə etmək olar. 

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR