Rusiyanın "Rosselxoznadzor" xidməti Türkiyəyə qarşı növbəti qadağa tətbiq edib.
Aktual.az modern.az-a istinadən bildirir ki, qurumun qərarı ilə mayın 19-dan etibarən Türkiyədən bu ölkəyə xiyar və ağ badımcan idxalına qadağa qoyulub.
"Mayın 19-dan etibarən ağ badımcan və xiyara qarşı məhdudiyyətlər tətbiq edilib. Onların tərkibində karantinli obyektlər aşkar edilib".
Bundan əvvəl, mayın 16-da Türkiyədən Rusiyaya "Aysberq" və "Latuka" salatlarının idxalına da qadağa qoyulmuşdu. Buna səbəb onların tərkibində zərərli kaliforniya böcəyinin aşkar olunması idi.